Tuva vadisinə gəlməsi və ilk vəhy

Hz. Musa yaşlı adamla bağladığı müqaviləyə tabe oldu. Uzun müddət Mədyən şəhərində qaldı. Danışdıqları vaxt bitdikdə Hz.Musanın müqaviləsi də bitmiş oldu. Həmin müddət başa çatandan sonra Hz.Musa ailəsi ilə birlikdə Mədyən şəhərindən ayrıldı. Ailəsi ilə yolla gedərkən yaxınından keçdiyi Tur dağının ətrafında bir alov gördü. Hz.Musa bu odu gedib gətirə biləcəyini, onunla isinə biləcəklərini, ya da orada olan adamlardan bir xəbər ala biləcəyini düşündü:

“Musa müddətini başa vurub ailəsi ilə birlikdə yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: “Siz durun. Mən bir od gördüm. Bəlkə, gedib ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız!”“ (“Qəsəs” surəsi, 29).

“Bir zaman Musa ailəsinə demişdi: “Mən bir od gördüm, mən də  gedib ondan sizə  bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız”“ (“Nəml” surəsi, 7).

“O zaman (Musa qarşıda) bir od görüb ailəsinə belə demişdi: “Siz durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir köz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım!”“
(“Taha” surəsi, 10).

Bu hadisə bizə Hz.Musanın bir başqa nümunəvi hərəkət tərzini göstərir. Hz.Musa ətrafındakı hadisələri diqqətlə izləyən, qarşılaşdığı hadisələrdən nəticə çıxara bilən bir insandır. Buna səbəb isə Allahın hadisələri məlum bir taleyə və hikmətə görə yaratdığını bilməsidir. O, buna görə hadisə və nəsnələrə istifadə etmək məntiqi ilə yanaşmışdır. Dağda bir alov görüb bu gördüyü hadisəni dəyərləndirməsi və alovun yanına getməsi diqqətli bir möminin davranışının nümunəsidir. Hz.Musanın alovun yanına gedərkən ailəsinin təhlükəsizliyini düşünərək onları özü ilə aparmaması və təkbaşına getməsi də yenə Allahın ona verdiyi ağlın bir  nümunəsidir.
Geri