Yəhudi xalqının azğın hərəkətləri

Hz. Musa əvvəlcə Firona qarşı mübarizə apardı. Onun xalqı, yəni İsrail oğulları Hz.Musadan əvvəl kölə olaraq sıxıntı içində yaşayırdılar. Bu səbəblə də Hz.Musa bir imkan yaradan kimi Misiri xalq olaraq tərk etdi. Ancaq bu, onların hamısının səmimi olaraq iman etdiyi anlamına gəlmirdi. Aralarında iman etmədikləri halda xalq psixologiyası ilə hərəkət edən insanlar da var idi. Böyük bir qismi ehtimalən Hz.Musanı onları zülmdən qurtaran bir siyasi lider kimi görürdü. Buna görə də haqq dinə tabe olmaq əvəzinə fürsət tapdıqca həmişə qədim bütpərəst dinlərinə dönməyə çalışırdılar. Bu səbəblə də hər fürsətdə Hz.Musa ilə mübarizə edib, onun gətirdiyi haqq dindən dönməyə çalışıblar.
Allah əvvəlcə İsrail oğullarını on iki ayrı cəmiyyət olaraq Hz.Musaya böldürdü:

“Biz onları on iki qəbiləyə - ümmətə böldük. Camaatı ondan su istədiyi zaman ona: “Əsanı daşa vur!” - deyə vəhy etdik. Əsanı daşa vuran kmmi ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi...” (“Əraf” surəsi, 160).

İsrail oğullarının böyük bir qismi imanı qəlblərinə tam yerləşdirə bilməmişdi. Hətta bir dəfə Hz.Musadan Allahı onlara göstərməsini istəmişdilər. Yaxşıcə ədəbsizlik edərək əgər göstərməsə, ona inanmayacaqlarını söylədilər:

“Siz: “Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq”, - dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu” (“Bəqərə” surəsi, 55).

Bu kafir xalqın müəyyən bir özəlliyi davamlı olaraq tamahkar və nankor bir ruh halında olması idi. Allah onları aclıqdan qurtarmaq üçün möcüzəvi bir qida bəxş etmişdi. Quranda “qüdrət halvası və bildirçin” kimi bildirilən bu yemək Allahın ikramı olsa da İsrail oğulları bir müddət sonra bundan gileylənməyə başladılar:

“Üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” - deyərək sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar isə Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular” (“Bəqərə” surəsi, 57).

 

“Xatırlayın ki, siz: “Ya Musa! Biz eyni təama heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən -tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin!” - dediniz. “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? O halda şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” - demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu onların Allahın ayələrini inkar etdiklərinə və peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların asi olduqlarına və həddi aşdıqlarına görə idi” (“Bəqərə” surəsi, 61).

Geri