Mədyənə gedişi və orada qalması

Hz.Musa onu yetişdirən Fironu və xalqını tərk etdikdən sonra başqa bir yerə - Mədyənə doğru yönəlmişdi (Mədyən Misirin şərqində, Sina səhrasının arxasında yerləşən bir bölgədir. Müasir dövrdə coğrafi məkan olaraq Iordaniyanın cənub tərəflərinə uyğun gəlir).
Mədyən sularında heyvanlarını suvara bilməyən iki qadın gördü. Qadınlar çobanlardan çəkinir, bu səbəblə də onların yanına gedib sürülərini suvara bilmirdilər. Lakin ayələrdə də bəhs edildiyi kimi, Hz.Musanın çox güvənilən və etimad doğuran bir görünüşü var idi. Buna görə də qadınlar onunla danışmaqdan çəkinmədilər. Qadınlar Hz.Musaya atalarının yaşlı olduğu üçün heyvanları özlərinin suvarmaq məcburiyyətində qaldıqlarını, ancaq orada çobanlar olduğu üçün sürülərini suvara bilməyəcəklərini söylədilər. Bundan sonra Hz.Musa qadınlara kömək edərək heyvanlarını suvardı:

“Mədyən kənarındakı bir quyuya çatanda onun başında bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın görüb dedi: “Sizə nə olub?” Onlar: “Çobanlar sulayıb getməmiş biz su vermirik. Atamız da ixtiyar bir qocadır”, - deyə cavab verdilər” (“Qəsəs” surəsi, 23-24).

Burada Hz.Musanın nəzakətli, incə düşüncəli və yardımsevər xarakterinin bir nümunəsini görürük. Diqqət yetirilsə, bu hadisədə Hz.Musa heç tanımadığı iki insanın yanına gedərək onlarla söhbət etmiş, onlara yardım göstərmiş və onların hörmətini qazanmışdı. Digər tərəfdən, ayədə “çobanlar” kimi qeyd edilən insanların Hz.Musanın tam əksinə hərəkət etdiyi aydın olur. Qadınlar Hz.Musa ilə dialoq qura bilsə də onlara, yəni çoban kimi tanıdığımız insanlara hətta yaxınlaşmamışdılar. Bəhs edilən insanlar xarici görünüş etibarilə güvənilməyən insanlar ola bilərlər (Ən doğrusunu Allah bilir).

Deməli, bir müsəlmana yaraşan tərz ayədə “çobanlar” kimi tərif edilən bu insanlara bənzər tərzdən qətiyyətlə çəkinmək, o biri tərəfdənsə Hz.Musadan nümunə götürərək nəzakətli, dərin təfəkkürlü, başqa insanların halını anlayan, görənin dərhal güvəndiyi bir görüntü, üslub və davranış göstərməkdir.

Bu arada Hz.Musanın Allaha tam təslim olmuş ruh halı içində olduğuna da diqqət yetirmək gərəkdir. Hz.Musa doğulub böyüdüyü ölkəni tərk etmək məcburiyyətində idi. İndi isə başına nə gələcəyi hələ məlum deyildi. Bundan sonra həyatı qətiyyən əvvəlki kimi olmayacaqdı. Ancaq Allahın qədərində necə bir həyat hazırladığını hələ o da bilmirdi. Rəbbimizə belə dua etdi:

“...Sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!”“ (“Qəsəs” surəsi, 24).

İnsanın duasındakı səmimiyyət Allahın hər şeyə qadir olduğunu, xeyir və şərin ancaq Ondan gəldiyini və Ondan başqa heç bir dostunun və vəlisinin olmadığını qavraması və hiss etməsi ilə bağlıdır. Budur, Hz.Musanın yuxarıdakı ayədə bildirilən duası bu sirri tamamən anlamış və Allaha tam təslim olaraq edilən bir duadır. Allah onun bu səmimi duasına cavab vermiş və Hz.Musaya rəhmi gəlmişdi.
Hz.Musanın yeni tanış olduğu iki qadına qarşı göstərdiyi nəzakət onun üçün yeni bir həyata vəsilə olmuşdur. Hz.Musa istirahət edərkən daha əvvəl kömək etdiyi qadınlardan biri gəlib etdiyi yardımın əvəzində mükafatlandırmaq üçün atasının onu dəvət etdiyini söyləmişdi:

“Sonra biri utana-utana yanına gəlib dedi; “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!”. (Musa qocanın) yanına gəldikdə başına gələnləri ona söylədi. O kişi dedi: “Qorxma, artıq zalim tayfanın əlindən qurtarmısan!”“
(“Qəsəs” surəsi, 25).

Hz.Musa Rəbbimizə Ondan gələn hər xeyirə möhtac olduğunu bildirərək dua etmişdi. Allah Hz.Musanın duasına lüzum görərək öldürülmə təhlükəsinin ardınca özünü təhlükəsizlikdə hiss edəcəyi və ona yardımçı olacaq insanları göstərdi. Hz.Musanın güclü və insanların güvəndiyi bir davranışı var idi. Əslində qadınlar da çobanlardan çəkinmələrinə baxmayaraq Hz.Musadan çəkinməmiş, ona güvənib və onunla söhbət etmişdilər. Hətta qadınlardan biri Hz.Musanın güclü və etibarlı olmasından danışaraq onun məvaciblə işə götürməsini atasından xahiş etmişdi:

“Biri dedi: “Atacan! Onu muzdla tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!”“
(“Qəsəs” surəsi, 26).

Qadın bu ifadəsi ilə Hz.Musanın necə etibarlı bir insan kimi tanıdığını açıqca atasına söyləmişdi. Bundan sonra yaşlı adam Hz.Musanın etibarlı bir insan olduğu qənaətinə gəldi, onu qızı ilə evləndirməyə qərar verdi. Hz.Musanın etibarlı görünüşü bu qərara səbəb oldu və yaşlı adam ona belə bir təklif etdi:

“(Ataları) dedi: “Səkkiz il mənə xidmət etmək şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən olan bir lütfdür. Mən sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh kəslərdən olduğumu görəcəksən!” (Musa) dedi: “Bu mənimlə sənin aranda olan bir təəhhüddür. Bu iki müddətdən hansını yerinə yetirməkdən mənə qarşı heç bir zor ola bilməz. Allah da dediyimizə şahiddir!”“
(“Qəsəs” surəsi, 27-28).

Geri