Quranda qeyd edilən “haman” kəlməsi qədim misir yazılı abidələrində də yer alır
Quranda Qədim Misir haqqında verilən məlumatların bəziləri yaxın dövrlərə qədər gizli qalmış tarixi məlumatları üzə çıxarır. Bu məlumatlar Qurandakı hər kəlmənin müəyyən bir hikmətə görə işlədildiyini də bizə göstərir.
Quranda Fironla birlikdə adı qeyd edilən insanlardan biri “Haman”dır. Haman Quranın 6 müxtəlif ayəsində Fironun ən yaxın adamlarından biri kimi qeyd edilir.
Bunun əvəzində isə Tövratda Hz.Musanın həyatından bəhs edən hissədə Hamanın adı heç bir yerdə qeyd edilmir. Lakin Haman adı Əhdi-Ətiqin sonrakı hissələrində Hz.Musadan təxminən 1100 il sonra yaşamış və yəhudilərə zülm etmiş bir Babil çarının köməkçisi kimi qeyd edilir.
Quranı Peyğəmbərimiz Hz.Məhəmmədin (s.ə.v.) Tövrat və Incildən çıxış edərək yazdığını iddia edən bəzi qeyri-müsəlmanlar Peyğəmbərimizin (s.ə.v.) bu kitablarda bəhs edilən bəzi məsələləri Qurana guya yanlış qeyd etməsi kimi bir cəfəngiyyat və axmaqlığı ortaya atırlar.
Halbuki bu iddianın tamamilə əsassızlığı Misir heroqlifinin bundan təxminən 200 il əvvəl çözülməsi və Qədim Misir abidələrində “Haman” adının mövcud olması ilə ortaya çıxdı.
O dövrə kimi Qədim Misir dilində yazılan kitabələr və yazılar oxuna bilmirdi. Qədim Misirin dili heroqlif idi. Bu dil mövcudluğunu əsrlər boyu davam etdirdi. Lakin eramızın II və III əsrlərində xristianlığın yayılması və mədəni təsiri ilə Misir dinini olduğu kimi dilini də yaddan çıxardı. Yazılarda heroqlifdən istifadə getdikcə azaldı və heç işlədilməməyə başladı.

Heroqlif yazısından istifadə edilən sonuncu tarix eramızın 394-cü ilinə aid bir kitabədir. Bundan sonra bu dil yaddan çıxdı. Bu dildə yazılmış yazıları oxuya bilən və başa düşən heç kim qalmadı. Ta bundan təxminən iki əsr əvvələ qədər...

Qədim Misir heroqlifi 1799-cu ildə Rozetta Stoun adı verilən və b.e.ə. 196-cı ilə aid bir kitabənin tapılması ilə oxundu. Bu daş lövhənin xüsusiyyəti onun üç müxtəlif yazı ilə yazılması idi: heroqlif, demotik (heroqlifin əlyazma şəkli) və yunan dilində. Yunan dilindəki mətnin köməyi ilə lövhədəki Qədim Misir yazısını oxumağa çalışdılar. Lövhənin bütöv oxunuşu Jan-Fransis Şampolyon adlı bir fransız tərəfindən tamamlandı. Beləliklə, yaddan çıxarılan bir dil və bu dilin anlatdığı tarix aydınlaşmağa başladı. Bunun sayəsində Qədim Misir mədəniyyəti, onların dinləri və sosial həyatı haqqında çox şey öyrənildi.

Heroqlifin oxunması ilə mövzumuzla bağlı olan çox mühüm bir məlumat da əldə edildi: “Haman” adından Misir abidələrində həqiqətən də bəhs edilirdi. Vyanadakı Hoff Muzeyində mövcud olan bir abidə üzərində bu addan bəhs edilirdi. Eyni abidədə Hamanın Firona olan yaxınlığından da söhbət açılırdı (Walter Wreszinski, “Aegyrtische Inschriften aus dem K.K.Nof Museum in Wien”, 1906, Y.C.Ninrichs'sche Buchhandlung).

Bütün abidələrə əsaslanaraq hazırlanan “Yeni çarlıqdakı insanlar” lüğətində isə Hamandan “Daş ocaqlarında çalışanların başçısı” kimi bəhs edilirdi (Nermann Ranke, “Die Agyrtischen Personennamen, Verzeichnis der Namen, Verlag Von YY Augustin in Glğckstadt”, Band I, 1935, Band II, 1952).

Ortaya çıxan nəticə isə mühüm bir həqiqəti ifadə edirdi. Haman Qurana qarşı gələnlərin iddiasının əksinə olaraq eynilə Quranda qeyd edildiyi kimi, Hz.Musanın dövründə yaşayan bir insan idi və Quranda bəhs edildiyi kimi, o, Fironun yaxın adamlarından idi və inşaat işləri ilə məşğul olurdu.

Həmçinin Quranda Fironun qüllə inşa etmək işini Hamandan istədiyini bildirən ayə də bu arxeoloji tapıntı ilə tamamilə uyğun gəlir:

“Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!” (“Qəsəs” surəsi, 38).

Geri