Bəqərə (İnək) qissəsi
Hz. Musanın xalqı haqq dini gerçəkdən qavraya bilməmişdi. Daha əvvəl də diqqət yetirdiyimiz kimi, peyğəmbərlərinə Allah rizası üçün deyil, ehtimal ki, onu güclü və qərarlı bir lider kimi gördükləri üçün itaət edirdilər.
Həmçinin həmişə onlara gələn dini dəyişdirərək onu öz nəfslərinə və qədim dinlərinə uyğunlaşdırmağa çalışdılar. Dinin asan və təmiz yönünü görməyib, onu qarışıq və çətin hala gətirib özlərinə bütlər düzəltməyə, Allaha yönəlməyi çətinləşdirib bunu ayinləşdirməyə və arada bütləri vasitə etməyə çalışdılar.
İsrail oğullarının dinlərini çətinləşdirməyə çalışan bu qəribə məntiq ən açıq şəkildə “Bəqərə” surəsindəki bir qissədə izah edilir. Bu qissədə Allah İsrail oğullarına bir buzov kəsməyi əmr etmişdi. İstənilən şey sadəcə bir buzovun qurban edilməsidir və Hz.Musa da bunu xalqına bildirir. İsrail oğulları isə bu çox aydın və asanlıqla icra edilə biləcək əmri çətinləşdirir. Allah onlardan sadəcə bir buzov kəsmələrini istəyir, onlar isə dinin çətin və qarışıq olmasının lazımlılığını düşünərək onlardan istənilmədiyi halda xırdalıqlarla məşğul olurlar. Lazımsız və vacib olmayan xırdalıqlarla məşğul olarkən aralarındakı Allahın elçisinə “Bizi lağa qoyursan” deyə biləcək qədər də irəli gedirlər:

“Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” - dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” - dedilər”. Musa da: “Allah Özü məni cahil olmaqdan saxlasın!” - dedi. Onlar dedilər: “Bizdən ötrü Rəbbinə dua edib soruş ki, o nə cür olmalıdır?” Musa: “Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!” - dedi. Onlar dedilər: “Bizdən ötrü Rəbbinə dua et, qoy onun rəngini də bizə bildirsin”. O da cavabında: “Allah onun tünd sarı rəngli və görənlərə xoş gələn olduğunu buyurur”, - dedi. Onlar söylədilər: “Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin, çünki biz inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə, əlbəttə, düz yolda olarıq”. Musa dedi: “Rəbbiniz buyurur ki, o heç kəsə ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eybsiz-qüsursuz və ləkəsiz bir inəkdir”. Bu zaman onlar: “İndi işi həqiqətə gətirib çıxartdın”, - dedilər və onu kəsdilər. Amma az qalmışdı km, bu işi yerinə yetirməsinlər” (“Bəqərə” surəsi, 67-71).

Yuxarıdakı qissədə də izah olunduğu kimi, Hz.Musanın xalqı Allahın əmrini yerinə yetirməkdə daima çətinlik törətdilər: hazırladıqları xırdalıqlar səbəbi ilə bu əmr haradasa icraolunmaz hala gələnə qədər təsbitləməyi qəbul etdilər. Əslində istənilən şey çox asandı: sadəcə bir buzov kəsməli idilər.

Geri